e49ffebd b30a 37dc aaaa 13211ce6625e 850

Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.

Bu barədə Globalinfo.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildiriib ki, dekabr ayının 21-də İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Ağdaş rayon sakini 1986-cı il təvəllüdlü Ramazanov Fərdi Rövşən oğlu gizli şəkildə 100 qram kokain tozu və 300 ədəd narkotik tərkibli güclü təsir edən ekstazi həbini ölkə ərazisinə keçirməyə cəhd göstərərkən saxlanılıb.

Həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində narkotik vasitələrin ölkə ərazisinə keçirilməsini təşkil edən cinayətkar qrupun digər üzvü 1993-cü il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Neftçala rayon sakini Məmmədov Həsənağa Elçin oğlu müəyyən edilərək saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, Həsənağa Məmmədov tanınmış aktyordur və Azərbaycanda istehsal edilən bir çox serial və filmdə iştirak edib. O, əsasən Həsən Ağa adı ilə tanınır.

Paylaş: