548063e2 eb11 4e57 bccf 367542ee6562 8

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçuları Qubadlı rayonu ərazisində, Bartaz yolunda hərəkətdə olarkən yol kənarında köməksiz vəziyyətdə qalan cüyür balası aşkarlayıblar.

Globalinfo.az xəbər verir ki, yeriməkdə çətinlik çəkən və zəifləyən heyvanı dərhal nəzarətə götürən sərhədçilər ona xüsusi qayğı göstəriblər.

Qeyd edək ki, ötən ay da DSX-nin hərbi qulluqçuları Zəngilan rayonunun dağlıq ərazisində köməksiz vəziyyətdə cüyür balası aşkar edib ona zəruri yardımlar göstəriblər.

Paylaş: