Rusiya vilayətinə dronlar düşdü – VİDEO

Rusiyanın qərbində yerləşən Kaluqa vilayətinə iki dron düşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə vilayət qubernatoru Vladislav Şapşa məlumat yayıb

O bildirib ki, qəzaya uğrayan dronlar Jidra və Duminçi şəhərləri arasında yerləşən magistral yola düşüb. Şəhərlər paytaxt Moskvadan bir neçə saat məsafədə yerləşir. Qəza nəticəsində partlayış olmayıb, ərazi mühasirəyə alınıb.

Qeyd edək ki, Kreml Ukraynanı Rusiyaya dron hücumları həyata keçirməkdə ittiham edir. Rəsmi Kiyev isə bu iddiaları təkzib edir.


Ayşən Mustafa
Globalinfo.az