Dramatik matç: Qapıçı qırmızı aldı, hücumçu qapıya keçdi – VİDEO

İtaliya A seriyasının 8-ci turunda “Genoa” və “Milan” klubları arasında keçirilən matç gərgin anlarla yadda qalıb.

Globalinfo.az xəbər verir ki, matçın 90+7-ci dəqiqəsində “Milan”ın qapıçısı Maiqnan qırmızı vərəqə alıb.

Əvəzetmə limiti başa çatdığı üçün qapıya “Milan”ın fransız hücumçusu Olivie Jiru keçib. O, qapısını toxunulmaz saxlamağı bacarıb.