dilcilik

“Orfoqrafiya lüğətində “dovşan” sözünün yazılışı ilə bağlı heç bir dəyişiklik olunmayıb”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında filologiya üzrə fəlsəfə doktoru Baba Məhərrəmli “dovşan” sözünün tələffüzü ilə bağlı müzakirələr barədə danışarkən deyib.

O bildirib ki, iclasda “dovşan” sözünün deyiliş forması haqda müzakirələr aparılıb:

“Dünən keçirilən iclasda tələffüz məsələsi müzakirə olunub. Nədənsə bəzi jurnalistlər bunu bəzəyir. Orada müəyyən məqamlara aydınlıq gətirilib. “Dovşan” sözü ilə dünənki müzakirənin orfoqrafiya məsələsinə heç bir aidiyyəti yoxdur”.

Qeyd edək ki, Dilçilik İnstitutunda müzakirə zamanı “dovşan” sözünün yazılışı və deyilişi barədə səsləndirilən fikirlər cəmiyyətdə müzakirə mövzusuna çevrilib.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: