Dövlətlər də qocalır və ölürmüş – Maraqlı tədqiqat

Alimlər yüzlərlə qədim dövlətin tarixini ətraflı öyrənərək çox maraqlı qanunauyğunluq aşkar ediblər.

Globalinfo.az lent.az-a istinadən bildirir ki, tədqiqatçılar dövlətlərin taleyinin bir növ “qocalıq” yaşından asılı ola bilməsi qənaətinə gəliblər. Müxtəlif universitetlərin, o cümlədən Vageningen (Hollandiya), Kembric və Vaşinqtonun alimləri qədim dövlətlərin yoxa çıxmasını təhlil edərək maraqlı nümunələr müəyyən ediblər.

Tədqiqatçılar diqqəti dövlətlərin son dərəcə həssas və qlobal xəritədən yox olmaq riskinin olduğu “təhlükəli” yaş dövrünə yönəldiblər. Alimlər təbii fəlakətlər kimi xarici amillər əvəzinə cəmiyyətin daxili dinamikasını çöküşün əsas katalizatoru kimi önə çəkirlər.

Mütəxəssislər beş minillik ərzində 324 qədim dövlətin tarixini təhlil edərək, insan orqanizminin qocalma prosesinə bənzər nümunəni aşkar ediblər. Dövlətin yox olma riski yarandıqdan sonra ilk iki əsrdə kəskin şəkildə artır və sonra tədricən azalaraq bəzi cəmiyyətlərə uzun müddət yaşamağa imkan verir.

Tədqiqata görə, bu nümunə Avropa cəmiyyətlərini, Amerika qitəsinin qədim sivilizasiyalarını və Çin sülalələrini əhatə edən bütün dövlətlərə aiddir. Buna misal olaraq son iki min ildə təxminən 300 il mövcud olmuş qədim Çin sülaləsini göstərmək olar.

Struktur və həyat tərzindəki fərqlərə baxmayaraq, alimlər vurğulayırlar ki, müasir cəmiyyətlər də qədim cəmiyyətlərlə eyni mexanizmlərə, o cümlədən narazılıq və potensial tənəzzül mənbəyinə çevrilə bilən sosial ədalətsizlik, qıtlıq eləcə də ekstremal iqlim çağırışlarına məruz qalırlar.