Dövlət sərhədindən buraxılış məntəqələrinin sayı artıb

Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı artıb.

Globalinfo.az bildirir ki, bu barədə Nazirlər Kabineti qərar verib.

Bu siyahıya Cənub – Astara dövlət sərhədindən buraxılış məntəqəsi (Astara rayonu (Astara şəhəri), Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında) daxil edilib.