“Dövlət qurumlarından narazıyam” – Deputatdan sərt tənqid

“Nə məhkəmə sistemindən, nə səhiyyədən, nə təhsildən, nə də icra hakimiyyəti orqanlarından razıyam. İstənilən sorğulara ya cavab vermirlər, ya da bir qayda olaraq baxılmaq üçün aşağı təşkilatlara göndərirlər”. 

Globalinfo.az bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri millət vəkili Etibar Əliyev “Dövlət orqanlarının göstərdikləri xidmətlər üzrə keyfiyyət və məmnunluğun qiymətləndirilməsi” adlı analitik hesabatla bağlı tədbirdə səsləndirib.

Onun sözlərinə görə deputat məmnunluğu ilə bağlı da tədqiqatlar aparılmalıdır:

“Bunlar olduqca cəmiyyət və dövlət üçün faydalı tədqiqatlardır. Həmçinin sosioloji sorğuların keçirilməsinə yer verilməlidir ki, dinləmələrdən çıxan təkliflər gələcək tədqiqatlar üçün əhəmiyyətli olsun”.