Dövlət Gömrük Komitəsinə yeni təyinat – FOTO

Dövlət Gömrük Komitəsinin Gömrük orqanlarının fəaliyyətinin əlaqələndirilməsi şöbəsinə rəis təyin olunub.

Globalinfo.az Unikal-a istinadən xəbər verir ki, bununla bağlı DGK sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmr imzalayıb. Əmrə əsasən, bu vəzifəyə Həmid Elxan oğlu Şirinovu təyin edilib.

O, 2018-ci ilin oktyabr ayından Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İnsan Resursları İdarəsinin Kadrlarla işin təşkili şöbəsinin, 2023-cü il tarixindən isə qeyd edilən İdarənin Kadrlarla işin təşkili və uçotu şöbəsinin rəisi vəzifəsində xidmət edib.