Dövlət Departamentinin qərəzli mövqeyinin budəfəki hədəfi… – Novella Cəfəroğlu yazır

Azərbaycan müstəqil dövlət kimi regional və qlobal səviyyədə fəaliyyətini genişləndirir, dərinləşdirir və müstəqil siyasət yeridir. Bu fəaliyyətdə hələ 1992-ci ildə rəsmi əlaqələr qurulmuş ABŞ ilə əməkdaşlığa xüsusi yer ayrılır. ABŞ-Azərbaycan münasibətləri əsas istiqamətlərə – təhlükəsizlik, iqtisadiyyat, enerji, insan haqları və qanunun və asayişin dəstəklənməsinə əsaslanır. ABŞ ilə Azərbaycan arasında əməkdaşlıq regiondakı vəziyyətə böyük təsir göstərib və ABŞ hakimiyyəti Azərbaycanla bu əməkdaşlığın ölkənin milli təhlükəsizlik prioritetlərinə uyğun olduğunu dəfələrlə etiraf edib.

ABŞ Dövlət Departamentinin Azərbaycanın siyasəti ilə bağlı son zamanlar təmayüllü bəyanatları daha təəccüblüdür. Təəssüf ki, bu dəfə qərəzli mövqeyin diqqət mərkəzində Səbinə xanım Əliyevanın yüksək mənəvi nüfuzuna söykənən, ölkənin ən səriştəli, müstəqil qurumlarından biri olan, qərarları, təklifləri dinlənilən, hökumət və cəmiyyət tərəfindən qəbul olunan Azərbaycan Ombudsman Aparatı oldu.

Ombudsman Səbinə Əliyeva 

İnsan hüquq və azadlıqlarının müdafiəsi ilə məşğul olan Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) həm də vətəndaş cəmiyyətinin nümayəndəsi olmaqla, Azərbaycanda hüquq müdafiəçiləri və kütləvi informasiya vasitələri, habelə müəyyən problemlərin həlli səlahiyyətlərinə aid olan bütün dövlət orqanları ilə sıx əməkdaşlıq edir. Ombudsman müraciəti qəbul edərək hüquq və azadlıqların pozulması haqqında iş üzrə icraat açır, müraciəti mənsubiyyətinə uyğun olaraq işə baxılması səlahiyyətinə daxil olan orqana göndərir  və bu müraciətə baxılmasına nəzarəti həyata keçirən quruma yönləndirir. Lakin reallığa cavab vermədikdə müraciətə baxmaqdan imtina etmək hüququna malikdir. Ombudsman Aparatı penitensiar müəssisələrdə mütəmadi olaraq monitorinqlər aparır, həm məhkumlardan, həm də hüquq müdafiəçilərindən daxil olan bütün şikayət və qanun pozuntularına operativ və obyektiv reaksiya verir.

Novella Cəfəroğlu
Hüquq müdafiəçisi