Dövlət Departamenti: “Bayramovla Mirzoyan yaxın həftələrdə görüşəcək”

Azərbaycan və Ermənistan XİN başçıları yaxın həftələrdə yeni görüş barədə razılığa gəliblər.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays brifinq zamanı bildirib.

“Xarici işlər nazirləri danışıqları sürətləndirmək, yaxın həftələrdə daha bir görüş təşkil etmək barədə razılığa gəliblər. Hər ikisi nazir iclasının keçirilməsinə görə Amerika tərəfinə təşəkkürünü bildirib”, – Prays deyib.

Xatırladaq ki, Azərbaycan və Ermənistan XİN başçıları Ceyhun Bayramov və Ararat Mirzoyanın sonuncu görüşü noyabrın 7-də Vaşinqtonda olub.