Dövlət Agentliyi: “Avtoyuma məntəqələri ekoloji ekspertiza rəyi almalıdır”

“Avtoyuma məntəqələri öz fəaliyyətində tullatı əmələ gətirdiyi üçün Dövlət Ekoloji Ekspertiza Agentliyindən rəy almalıdır”.

Globalinfo.az bildirir ki, APA-nın xəbərinə görə, bunu Dövlət Ekoloji Ekspertiza Agentliyinin sədri Mirsalam Qənbərov deyib. Onun sözlərinə görə, çünki avtoyuma məntəqəsində tullantılardan ətraf mühit zərər görür:

“İnsanlar bu tullantılardan müəyyən təsirə məruz qalır. Buna görə də ekoloji ekspertiza rəyi alınmalıdır”.