kahar

Bakıda çimərlikdə dostunun “Mercedes Benz S 63 AMG” markalı, AZ 10-BD-100 dövlət qeydiyyat nişanlı avtomobilindən 50 min manata yaxın qiyməti olan saatı oğurlayan şəxs Heydər Əliyev adına Hava Limanında saxlanılıb. 

Globalinfo.az Qaynarinfo-ya istinadən xəbər verir ki, hadisə Nardaran yolu, dənizkənarı ərazidə yerləşən “Daçniklər çimərliyi” kimi tanınan ictimai çimərlik ərazisində baş verib.

“Daçniklər çimərliyi”

Belə ki, 1 avqust 1998-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Dövlət İqtisad Universitetinin Dünya İqtisadiyyatı fakültəsinin qiyabi şöbəsinin 4-cü kurs tələbəsi Elvin Mətləbov (soyad-şərti) dostu Kənana məxsus avtomobildən 2 iyun 2022-ci il tarixdə dəyəri 47600 manat olan, İsveçrə istehsalı, orijinal “AUDEMARS PİGUET” markalı qol saatını oğurlayıb.

764c75c8d643a331b22eec6a2dab8d0cdb73b57a 79e8 4c0e 92bb dbd05a5a4f41 jpg

Elvin saatı 23000 min dollara “Port Baku” Biznes Mərkəzində bahalı, orijinal qol saatlarının satışı ilə məşğul olan Samir adlı şəxsə satıb. O, Samiri inandırıb ki, saat özünündür və ailəsindən gizlin bunu satır.

Daha sonra Elvin əldə etdiyi pulla “Sea breez” hotelində nömrə götürərək qalıb, orada “Blue beach” restoranında qonaqlıq da verib. Qalan pulla “Badam Art” hotelində nömrə götürüb, orada da qonaqlıq verib, bahalı “Range Rover” markalı maşın icarəyə götürərək sürüb.

5ba183a33ce1b2389762dbe486fcad477dce904f c413 40b2 8c07 2ca826d7e850 jpg

“Blue beach” restoranı

Daha sonra Kənanın atası Elvinə zəng edərək ona saatın qaytarılması üçün bir gün vaxt verdiyini deyib.

Elvin də dərhal Günel adlı tanışı ilə İstanbula bilet alaraq Heydər Əliyev adına Hava Limanına yollanıb. Lakin sərhəd-buraxılış məntəqəsindən keçə bilməyib. Polis tərəfindən sərhəd-buraxılış məntəqəsində saxlanılıb.

1682595478 7e6d651a699f51529f101c8019ca9c5buntitled 2 jpg

Oğurluq edilən avtomobil

Məhkəmənin qərarı ilə Elvin Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlanıldığı 7 ay, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla 14 ay ona təyin edilmiş azadlığın cəzadan çıxılıb və üzərində qəti olaraq 4 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

 

Paylaş: