Dostu Cavanşir Məmmədovun ölüm səbəbini açıqladı

Əməkdar artist Cavanşir Məmmədovun ölüm səbəbi məlum olub.

İfaçıya yaxın olan şəxs Globalinfo.az-a açıqlamasında onun ürək tutmasından rəhmətə getdiyini açıqlayıb.

“Səhər saat 12 radələrində anidən ürəktutmasından rəhmətə gedib. Biz də indi xəbər tutmuşuq, yoldayıq, Cavanşir bəyin yaşadığı evə gedirik”,- deyə qeyd edib.

Müğənninin ölümü ilə bağlı TƏBİB də açıqlama yayıb:

“Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Təcili yardım briqadası çağırış ünvanına cəlb olunub.

Ünvanda həkiməqədər ölüm qeydə alınıb”.

Zaira Akifqızı
Globalinfo.az