Dörd ölkənin liderləri İsraildə eskalasiyanı müzakirə edəcəklər

 

Olaf Şolz, Emmanuel Makron, Co Bayden və Rişi Sunak arasında yaxın saatlarda telefon danışığı olacaq.

Globalinfo.az xəbər verir ki, ABŞ, Fransa, Almaniya və Böyük Britaniya bu fikirdə yekdildir:

“İsraildəki münaqişə atəşə çevrilməməlidir. Bu vəziyyətdə heç kim terroru təşviq etməyə davam etməməlidir”, – Almaniya kansleri Olaf Şolz Fransa prezidenti ilə birgə mətbuat konfransında bildirib.

O, əlavə edib ki, o və həmkarları “regionda baş verənlərlə bağlı yaxından fikir mübadiləsini davam etdirirlər”.