qirici 2

NATO Rumıniya ərazisində naməlum pilotsuz uçuş aparatının peyda olmasından sonra havaya dörd qırıcı (iki ədəd Rumıniya “F-16″sı və iki İtaliya “Eurofighter”i) qaldırıb.

Globalinfo.az-ın xəbərinə görə, bu barədə “RBK Ukrayna” məlumat yayıb.

Məlumata görə, qırıcılar NATO-nun komandanlığı altında havaya qalxıb. Əməliyyatın məqsədi Rumıniya hava məkanına yaxınlaşan naməlum dronun zərərsizləşdirilməsi olub. NATO-nun bəyanatında PUA-nın tez bir zamanda müəyyən edildiyi bildirilib:

“Tezliklə təhlükə Rumıniya hava məkanında zərərsizləşdirildi. Bu ümumi çoxtərəfli səylər NATO-nun ərazimizi və vətəndaşlarımızı qorumaq üçün istənilən potensial hava təhlükəsinə qarşı cavab verməyə hazır və qadir olduğunu göstərir”, – bəyanatda vurğulanıb.

Rumıniya Müdafiə Nazirliyinin ilkin məlumatlarına əsasən, dron Rusiya istehsalı olub. Lakin onu dərhal vurmaq alınmayıb. Rumıniyalı rəsmilər həmçinin qeyd ediblər ki, PUA ölkənin hava məkanında Rusiyanın Ukraynanın Odessa vilayətinə hücumları zamanı peyda olub.
Briqada generalı Georgi Maksim bildirib ki, dron Rumıniya hava məkanına daxil olduğu andan etibarən hərbi təyyarələr tərəfindən müşayiət edilib. Əvvəlcə pilotsuz uçuş aparatını İtaliya təyyarəsi vurmağa çalışıb, lakin buraxılan raket naməlum səbəblərdən hədəfə dəyməyib. Bundan sonra dron Rumıniyanın “F-16” qırıcısı tərəfindən məhv edilib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: