resad elesgerov

Oktyabrın 4-də İsmayıllı rayonu, Qurbanəfəndi kəndi ərazisində “BMW” və “Mercedes” markalı minik avtomobillərinin toqquşması nəticəsində hər iki sürücü ölüb.

Globalinfo.az “Unikal”a istinadən bildirir ki, qəza nəticəsində “Mercedes”in sürücüsü Rəşad Ələsgərov hadisə yerində həyatını itirib. Əslən Kəlbəcər rayonundan olan R.Ələsgərov Oğuzda yaşayırdı.

Mərhumun qardaşı da yol qəzasında ölüb. Belə ki, 2021-ci ildə 26 yaşlı Mehman Ələsgərov avtomobilin yolun kənarındakı ağaca çırpılması nəticəsində dünyasını dəyişib.

Paylaş: