İtaliyanın Sardiniya adasının sahillərində 30 metr uzunluğu olan “Angiola II” yaxtası batıb. 

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, mühərrikdəki nasazlığa görə meydana gələn yanğın və içinə suyun daxil olması nəticəsində gəmi dənizin dibinə qərq olub.

Məlumata əsasən, 8 milyon avrodan çox dəyərə malik yaxtanın yeni sahibi olan italiyalı sahibkar onu hadisədən cəmi 4 gün əvvəl əldə edibmiş.

Qəza zamanı gəmidə 14 nəfər olub. Onların hamısı gəmini tərk edə bilib və xilas edilib, xəsarət alan yoxdur.

Hazırda yaxtanın Kosta-Smeralda sahili yaxınlığında təxminən yeddi metr dərinlikdə olduğu bildirilir. Hakimiyyət orqanları onun sudan çıxarılması istiqamətində işlərlə bağlı hazırlıqlar görür.

6a7c97d7f23a1
6a7c9b8969d4d
772265142 4468710143371075 1156122071141765303 n

Paylaş: