Donetskdə dəmiryol vağzalına mərmi düşdü

Ukraynanın Donetsk şəhərindəki dəmiryol vağzalında güclü yanğın baş verib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Unian“ məlumat yayıb.

“İlk yanğınsöndürmə briqadası hadisə yerinə gələndə yanğının mənbəyinin ikinci mərtəbədə olması məlum olub. Yanğına səbəb partlayış olub” – qeyd olunub.

Hadisədən dərhal sonra “DXR”-in administrasiya rəhbəri Aleksey Kulevzin bildirib ki, dəmiryol vağzalına “HİMARS” zenit raket kompleksinin mərmisi düşüb.