Donald Tramp barəsində həbs qərarı ləğv edildi – VİDEO / YENİLƏNDİ

ABŞ-ın sabiq prezidenti Donald Tramp barədə həbs qərarı ləğv edilib və o, məhkəmə binasını tərk edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Reuters məlumat verib.

***22:53

Tramp Nyu York məhkəməsində özünü təqsirli bilməyib.

Qeyd edək ki, məhkəmə qapalı keçirilir.

Globalinfo.az “Amerikanın səsi”nə istinadən xəbər verir ki, keçmiş ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı Manhettendə ştat məhkəməsində 2016-cı il prezident seçkisində qalib gəlmədən qısa müddət öncə porno ulduz Stormi Danielsə, onun iddia etdiyinə görə, 10 il əvvəl aralarındakı romantik görüşlə bağlı səssiz qalması üçün edilən 130 min dollarlıq ödənişlə əlaqədar 38 ittiham üzrə təqsirli olmadığını bildirib.

Bu ilk dəfədir ki, vəzidəfə olan və ya keçmiş ABŞ prezidentinə qarşı ittiham qaldırılır.

Tramp Danielslə bir gecəlik münasibətinin olduğunu inkar etsə də, bir zamanlar vəkili olan Maykl Kohenin Danielsə ödəniş etdiyini və Kohenə edilən kompensiyasiya ödənişlərinin Trampın Təşkilatının hesablarında hüquqi xərc kimi qeydə alındığını inkar etməyib. Tramp ödənişin onun yeddi il öncə apardığı seçki kampaniyasına bağlı olduğunu iddia edir.

76 yaşlı Tramp prezident olmadan öncə daşınmaz əmlak biznes imperiyasına başçılıq edirdi. İndi isə o, ilk dəfə olaraq təqsirli şəxs qismində məhkəmə qarşısına çıxarılıb. Ümimmilli rəy sorğuları onun 2024-cü il prezidentliyə Respublikaçı namizədlər arasında başda gəldiyini göstərir.

Amerikalılar uzun müddətdir Tramla bağlı siyasi baxımdan kəskin fikir ayrılığına malikdirlər.

Məhkəmədən öncə ittiham aktı möhür altında idi. Belə ki, ona qarşı irəli sürülən ittihamlar və ya hər hansı dəlil gizli saxlanılırdı.

Məhkəmədən bir az öncə Tramp hər bir təqsirləndirilən şəxs kimi nəzarətə alınıb və onun barmaq izləri alınıb. Ancaq rəsmilərin dediyinə görə, keçmiş prezident olduğu üçün, onun qollarının qandallanıb, fotoqroflar önündən keçəsəyi gözlənilmirdi.

Tramp sosial mediada dairə prokuroru Braqqı ona qarşı aparılan siyasi “ifritə ovu”na görə təqnid edib və qaradərili prokuroru “heyvan” və “irqçi” adlandırıb. Tramp iddia edir ki, hakim “məndən nifrət edir.”

Trampın məhkəmə iclasından sonra Floridaya geri dönəcəyi və çərşənbə axşamı Mar-a-Lagodakı iqamətgahından çıxış edəcəyi və tərəfdarları ilə bir araya gələcəyi gözlənilir.

***21:38

ABŞ-nin sabiq prezidenti Donald Tramp həbs edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Trampın yarım saat ərzində məhkəməni sərbəst tərk edəcəyi gözlənilir.