“Doksuri” qasırğası Çinə 420 milyon dollar ziyan vurub

“Doksuri” qasırğası Çinin şərqindəki Futszyan əyalətinə azı 3 milyard yuan (təxminən 420 milyon ABŞ dolları) ziyan vurub, əyalətdən 363 min insan təxliyə edilib.

Globalinfo.az report-a istinadən xəbər verir ki, bu barədə “China Daily” qəzeti məlumat yayıb.

İlkin hesablamalara görə, 10 min hektardan çox kənd təsərrüfatı sahəsi zərər çəkib. 90 bina tamamilə dağılıb, daha 5 minə yaxın binaya ziyan dəyib.

Əhalini xilas etmək üçün hakimiyyət 21 minə yaxın insanı, o cümlədən 5 mindən çox hərbçini səfərbər edib. Bundan əlavə, qasırğanın nəticələrinin aradan qaldırılmasında təxminən 130 min insan iştirak edir.