Dohadakı əkiz qüllələr Bayrağımızın rəngləri ilə işıqlandırıldı – VİDEO

Qətərin paytaxtı Dohadakı “Al Jaber Twin Tower” əkiz qüllələri 28 May-Müstəqillik Günü münasibətilə Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılıb.

Globalinfo.az Trend-ə istinadən xəbər verir ki, binanın üzərində “Müstəqillik gününüz mübarək” sözləri proyeksiya olunub.

Proyeksiyada Qarabağın erməni işğalından azad olunmasının simvollarından birinə çevrilmiş xarıbülbül gülü də təsvir olunub.