Doğuşun verdiyi DNT analizinin nəticəsi açıqlandı – FOTOLAR

 

Türkiyəli müğənni Doğuşun verdiyi DNT analizinin nəticəsi açıqlanıb. 

Globalinfo.az BAKU.WS-ə istinadən xəbər verir ki, bir müddət əvvəl 22 yaşlı Seyid sənətçinin oğlu olduğunu iddia edirdi. Bundan sonra Doğuş prosesin uzanmaması üçün DNT testi verdi.

Nəticələrdə Seyidin 99,99% müğənninin övladı olmadığı ortaya çıxıb.

Xatırladaq ki, Doğuş 2006-cı ildə Şeyma Uygun ilə evlənib. 2009-cu ildə cütlüyün yolları ayrılıb. Doğuş 2014-cü ildə azərbaycanlı aparıcı Xoşqədəm Hidayətqızı ilə ikinci dəfə ailə qurub.