Doğuş və Xoşqədəm min türk ailəsinə yardım etdi

Türkiyədə baş verən dəhşətli zəlzələ ilə bağlı sənətçi Doğuş və həyat yoldaşı Xoşqədəm Hidayətqızı “Səni axtarıram”da yardım kampaniyasına başlayıb.

Globalinfo.az Manset.az-a istinadən xəbər verir ki, sənətçi Doğuş “Səni axtarıram” proqramına gələrək, yardım kampaniyası başlatdıqlarını bildirib.

İlk olaraq cütlük 1000 ailəyə isti adyal, paltarlar, qızdırıcılar göndəriblər.

Daha sonra proqrama Xoşqədəm Hidayətqızının və Doğuşun bir sıra ailə dostları da efirə zəng edərək yardım kampaniyasına qoşulublar.