sleepingbeautycastle

Parisdəki Disneylenddə təmizlik əməkdaşlarının keçirdiyi tətil səbəbindən park ərazisində işlər müvəqqəti dayandırılıb.

Globalinfo.az xəbər verir ki, bu vəziyyət parkda tullantıların yığılmasına və antisanitar şəraitin yaranmasına gətirib çıxarıb.

Ziyarətçilər sosial şəbəkələrdə dolub-daşan zibil qabları və gəzinti yollarında qalan tullantıları əks etdirən videolar paylaşıblar. Onlar parkdakı gigiyenik vəziyyətdən və istirahət şəraitinin pisləşməsindən narazılıqlarını ifadə ediblər.

Yaranmış durum təmizlik personalının tətilinin turistik obyektlərin sanitariya vəziyyətinə birbaşa təsir göstərdiyini ortaya qoyub və cəmiyyətdə geniş müzakirələrə səbəb olub.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: