Direktor xanımını özünə müavin təyin etdi

Xaçmaz şəhər Cəfər Cabbarlı adına 6 saylı tam orta məktəbin direktoru Daxil Qurbanov həyat yoldaşı Fəxriyyə Ağarəhim qızı Qurbanovanı özünə təsərrüfat işləri üzrə müavin təyin edib.

Globalinfo.az konkret.az-a istinadən bildirir ki, F.Qurbanova bundan əvvəl Xaçmazın İstisu kənd orta məktəbində laborant vəzifəsində çalışıb.

Qeyd edək ki, bu, rayonun təhsil sektorunda baş verən ilk qohum təyinatı deyil. Belə ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Xaçmaz rayonu üzrə təhsil sektorunun keçmiş müdiri İnqilab Musayev də oğlunu, 1990-cı il təvəllüdlü Əfsun Musayevi özünə sürücü təyin etmişdi.