DİQQƏT! Sabahdan kamera vasitəsilə də cərimə yazılacaq – BNA-nın isə bu səlahiyyəti də qalır

“İnzibati Xətalar Məcəlləsinə bu gün edilən və sabahdan qüvvəyə minən dəyişikliyə əsasən, dayanma və durma qaydalarını pozmağa görə (İXM-in 346-cı maddəsi üzrə) kameralar vasitəsilə (elektron qərarla) də cərimə yazılacaq”.

Globalinfo.az xəbər verir ki, bunu nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib.

Onun sözlərinə görə, cərimə yazmaq səlahiyyəti yalnız DYP-yə aiddir.

O, edilən dəyişikliyə əsasən, dayanma və durma qaydalarını pozmaya görə (İXM-in 346-cı maddəsi üzrə) BNA-nın cərimə yazmaq səlahiyyətinin ləğv edildiyini bildirib.

“Parklanma qaydalarını pozmaya görə (İXM-in 346-1-ci maddəsi üzrə) isə BNA-nın cərimə yazmaq səlahiyyəti qalır”, – deyə Ərşad Hüseynov vurğulayıb.

Gülnar

Globalinfo.az