DİQQƏT: ƏDV və keşbekdən gələn pullar haramdır?

edv 9

İlahiyyatçı Qamət Süleymanov müzakirələrə səbəb olacaq açıqlama verib. Belə ki, o, Əlavə Dəyər Vergisi (ƏDV) və keşbekdən gələn faizlərin haram olduğunu bildirib.

Vaxtaşırı belə çıxışlara rast gəlinir. Bir sıra təriqətçilər deyir ki, bank sistemində dövr edən vəsait haramdır. Bu yanaşmaya görə hətta yaxınlarının bankda çalışmağına qarşı çıxırlar. Elə bank işçisi olub, təriqətlərə qoşulduqdan sonra işdən ayrılıb.

Bank sektoru dünya maliyyə sisteminin əsasını təşkil edir və bankların əsas işi pul satmaqdır.

Globalinfo.az-a danışan sabiq deputat, iqtisadçı Vahid Əhmədovun sözlərinə görə, bank sisteminin özünün qayda-qanunları var.

vahid ehmedov 99

Vahid Əhmədov

Onun fikrincə, banklar qanuna uyğun fəaliyyət göstərirlər:

“Bu, dini qanunlar deyil, dövlətin qəbul etdiyi qanunlardır. Banklar fəaliyyətləri ilə əlaqədar gəlir əldə etmək üçün faiz tətbiq edirlər. Mövcud məsələ yalnız Azərbaycanda yox, bütün dünyada var. Düzdür, ola bilər ki, islam dinində faiz halal hesab edilməsin. Amma bu həyatın da öz qanunları var. ƏDV və keşbekdən gələn pul da kimlərə görə halal, kimlərə görə isə haram hesab oluna bilər. Dindar dini baxımdan yanaşır məsələyə, bank başqa”.

İlahiyyatçı Ağa Hacıbəyli deyib ki, ƏDV və keşbeklərdən geri qaytarılan pulun haram olması ilə bağlı bir hökm yoxdur:

aga hacibeyli ilahiyyatci 2

Ağa Hacıbəyli

“Çünki bir insanın “filan məsələ haramdır” deməsi üçün əlində kifayət qədər ciddi və qüvvətli dəlillər olmalıdır. Biz bilirik ki, islam dinində alış-veriş halal, faiz isə haramdır. Faizin kateqoriyası tamamilə fərqlidir. Məsələn, bir nəfər ikinci şəxsə 100 manat pul verir və deyir ki, 120-150 manat qaytaracaqsan. Yəni üzərində dəbbə istəyir. Lakin biz alış-veriş etdiyimiz vaxt konkret olaraq mal, əmlak alırıq. İndiki keşbek və ƏDV-lərin də bir funksiyası yarış keçirməkdir. Təklif olunur ki, alış-veriş onlardan edilsin, müqabilində də öz pulumuzdan ayırıb, özümüzə qaytarırlar. Ona görə də burada heç bir haramlıq, qadağa və s. yoxdur”.

Zaira Akifqızı
Globalinfo.az