DİQQƏT! 24 avtobusun hərəkət sxemi dəyişir

Mayın 7-də Bakı şəhərində keçiriləcək “Bakı Marafonu – 2023” ilə əlaqədar olaraq tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 24 müntəzəm marşrutun hərəkət sxemi dəyişdiriləcək.

Bu barədə Globalinfo.az-a Bakı Nəqliyyat Agentliyindən xəbər verilib.

Bunlara E1, M3, H1, 1, 2, 4, 5, 6, 10, 18, 21, 30, 32, 46, 49, 53, 61, 65, 88, 120, 125, 149, 175 və 205 nömrəli marşrutlar daxildir.