Bu gün Dünya Dini Liderlərinin Qlobal Sammitinin iştirakçıları Qarabağa səfər ediblər.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, qonaqları Füzuli Hava Limanında Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsinin müavini Eldar Seyidov qarşılayıb.
Sammitin iştirakçıları Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar. E.Seyidov qonaqlara işğalçı Ermənistanın 30 il ərzində Füzuli rayonunun ərazisində törətdiyi dağıntılar, vandalizm aktları, həmçinin şəhərin Baş planına uyğun olaraq həyata keçirilən və görüləcək işlər barədə məlumat verib.
Səfər çərçivəsində müxtəlif ölkələrin din və hökumət nümayəndələri Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə erməni vandalizminə məruz qalmış dağıntılarla, eyni zamanda, bərpa-quruculuq işləri ilə tanış olublar, dini ibadət evlərini ziyarət ediblər.
Əvvəlcə, Ağdama yollanan qonaqlar Şəhidlər xiyabanını ziyarət ediblər, Birinci və İkinci Qarabağ müharibəsi qurbanlarının ruhlarına “Qurani-Kərim”dən müxtəlif surələr tilavət ediblər. Daha sonra Ağdam Cümə məscidində Türkiyənin Diyanət İşləri İdarəsinin sədri Ali Erbaşın imamlığı ilə camaat namazı qılınıb.
Sammit iştirakçıları Xankəndiyə də səfər ediblər, “Zəfər” meydanında xatirə şəkli çəkilib.
Səfər çərçivəsində Şuşaya yollanan heyət Cıdır düzündə olub. Qonaqlar Bülbülün, Natəvanın və Üzeyir bəyin ermənilər tərəfindən güllələnmiş büstlərini, ardınca Şuşa qalasını ziyarət ediblər.
Səfər Yuxarı Gövhər ağa məscidində din xadimlərinin camaat namazı qılması ilə yekunlaşıb.
***11:56
Dünya dini liderləri Ağdamda Şəhidlər xiyabanını ziyarət ediblər.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikasının xüsusi nümayəndəsinin müavini Eldar Seyidov ziyarətçilərə həm Birinci Qarabağ müharibəsi, həm də Vətən müharibəsində şəhid olmuş Ağdam şəhidləri ilə bağlı ümumi məlumat verib.
Şəhidlərin məzarları ziyarət edilib, “Qurani-Kərim”dən müxtəlif surələr tilavət olunub.
***10:23
Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarının Qarabağa səfəri başlayıb.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, qonaqları Füzuli Hava Limanında Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsinin müavini Eldar Seyidov qarşılayıb.
Qeyd edək ki, səfər çərçivəsində müxtəlif ölkələrin din və hökumət nümayəndələri Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə erməni vandalizminə məruz qalmış dağıntılarla, eyni zamanda, bərpa-quruculuq işləri ilə tanış olacaqlar, dini ibadət evlərini ziyarət edəcəklər.