Dini liderlər Şuşadakı Yuxarı Gövhər Ağa məscidində birgə namaz qıldılar – FOTO

Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini liderləri Şuşadakı Yuxarı Gövhər Ağa məscidində birgə namaz qılıblar.

Globalinfo.az bildirir ki, “Report”un Şuşaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, onlar şəhidlərimizin ruhuna, eləcə də əbədi sülh və əmin-amanlıq naminə dualar oxuyublar.

Nümayəndə heyəti məsciddə Heydər Əliyev Fondu tərəfindən aparılan yenidənqurma və bərpa işləri ilə tanış olublar. Onlara görülən işlər barədə ətraflı məlumat verilib.