7611638e 2f7e 49e1 aef6 9bda0dc36f92

Bu gün isti hava şəraiti ilə əlaqədar paytaxt sakinlərinin çimərliklərə kütləvi gedişi nəzərə alınaraq Daxili İşlər Nazirliyi (DİN) tərəfindən polis əməkdaşlarının fasiləsiz xidməti təşkil edilib.

Bu barədə Globalinfo.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

İctimai qaydanın və ictimai təhlükəsizliyin təminatı məqsədilə xidmətə əlavə canlı qüvvə çıxarılıb. Bütün çimərliklərə gedən yollar üzrə hərəkətin fasiləsizliyi təmin olunub, çimərliklərə naryad qrupları təhkim olunub. Köməyə ehtiyacı olan şəxslərə çağırışılar üzrə operativ köməkliklər göstərilib, müvafiq dövlət qurumları ilə əlaqəli fəaliyyət icra edilib. Hazırda xidmət davam etdirilir.

d9243753 4651 40b7 b71d 48f8c8526659 846f3e6b 3ac1 4295 973d 230a7402007b

Paylaş: