DİN-dən paytaxt və bölgələrdə əməliyyat: Müxtəlif markalı silah-sursat aşkar edildi – VİDEO

Şəmkirdə dəmiryolu xəttinin yaxınlığında silah-sursat tapılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən Şəmkir rayonunun Keçili kəndi ərazisindəki dəmiryolu xəttinin yaxınlığında bir ədəd “F-1” qumbarası, iki ədəd tüstüverici şaşka, bir ədəd alışdırıcı, 42 ədəd müxtəlif çaplı patron və iki ədəd patron darağı tapılıb.

Həmçinin Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Ağdərə şəhəri ərazisində bir ədəd “F-1” qumbarası, 919 ədəd avtomat patronu, doqquz ədəd patron darağı və bir ədəd süngü bıçaq tapılıb.

Xankəndi şəhərində polis əməkdaşları keçirdiyi axtarış əməliyyatları zamanı döyüş silah-sursatları aşkarlanıb.

Şəhər ərazisində iki ədəd “AKS-74”, bir ədəd “AK-74M”, dörd ədəd “AK-47”, bir ədəd “AK-103”, dörd ədəd “AKMS”, beş ədəd “AK-74” markalı avtomat silah, iki ədəd “TOZ” markalı ov tüfəngi, bir ədəd “APS” markalı tapança, iki ədəd “Makarov” markalı tapança, altı ədəd qumbara, bir ədəd “PK” markalı pulemyot, 2536 ədəd müxtəlif çaplı patron, dörd ədəd süngü-bıçaq, 39 ədəd patron darağı və 30 ədəd daraq aşkar olunub.

Zığ qəsəbəsində avtomat tapılıb.

Yanvarın beşində polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 ədəd müxtəlif markalı tüfəngi təhvil götürüblər.

Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən Zığ qəsəbəsi ərazisində nömrəsi silinmiş “AKM” markalı avtomat silah, 30 ədəd patron və bir ədəd patron darağı tapılıb.

Qeyd edək ki, bu gün Şirvan Şəhər Polis Şöbəsinə də şəhər ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olmuşdu.

Şöbə əməkdaşları tərəfindən həmin əraziyə keçirilən baxış zamanı oradan bir ədəd avtomat, bir ədəd daraq və 28 ədəd patron aşkarlanaraq götürülmüşdü.