Dilarə Əliyevanın aktyor qardaşı reanimasiyaya yerləşdirildi – Vəziyyəti açıqlandı

IMG 20250620 002931 128

Tanınmış aktyor Vüsal Murtuzəliyevin səhhətində ciddi problem yaranıb.

Globalinfo.az Manset.az-a istinadən xəbər verir ki, bir neçə saat əvvəl aktyorun beyninə qan sızıb. O, təcili olaraq xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Dilarə Əliyeva OLAY-a raçıqlamasında qardaşının vəziyyətinin yaxşı olduğunu bildirib:

“Narahat olanlara deyirəm ki, narahatlığa əsas yoxdur. Yüksək təzyiqdən yüngül qansızma olmuşdu. İndi vəziyyəti yaxşıdır. Çox sağ olsun həkimlərimiz. Hər şey qaydasındadır. Sağalmağa doğru gedir”.

Qeyd edək ki, Vüsal Murtuzəliyev əməkdar artist Dilarə Əliyevanın qardaşıdır.