Qurumlar ağacı xilas etdilər – FOTOLAR

Xətai rayonu ərazisində dibinə metlax döşənən ağaca baxış keçirilib.

Globalinfo.az bildirir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Xətai Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, icra hakimiyyətinin və Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyinin əməkdaşları tərəfindən ağacın dibi metlaxdan təmizlənib, müvafiq aqrotexniki qulluq olunub.