Azərbaycanla yeni müharibəni soruşdular – Paşinyan elə cavab verdi ki…

Mən Azərbyacanla sülhə hazıram.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Çexiyadakı erməni icması ilə görüşü zamanı deyib.

Diaspora nümayəndələrindən birinin “psixoloji müharibəyə hazırsınızmı?” sualına Paşinyan qəti cavab verməkdən imtina edib:

“İnsan emosional varlıqdır. O, indiki an hər şeyə hazır ola bilər, amma növbəti anda heç nəyə hazır olmayacaq. Bizim fərqliliyimiz ondadır ki, hər gün ölüb-dirilirik. Onu deyə bilərəm ki, son 5 ildə mən yüzlərlə dəfə ölmüşəm və yüzlərlə dəfə dirilmişəm”.

İlkin Həsənov
Globalinfo.az