dharmendra health 02 1762915882

Hindistan kinosunun əfsanəvi aktyorlarından Dharmendra 89 yaşında vəfat edib. 

Globalinfo.az xəbər verir ki, bu gün səhər saatlarında aktyorun halı pisləşib və evə təcili tibbi yardım çağırılıb.

Lakin həkimlər artıq gec olduğunu və aktyorun vəfat etdiyini bildiriblər. Hazırda Dharmendranın hindu adətlərinə uyğun olaraq kremasiya (ölü yandırma) mərasiminə hazırlıqların başladığı açıqlanıb.

Noyabrın 11-də də aktyorun səhhəti pisləşmiş və xəstəxanaya yerləşdirilmişdi. Evə buraxılsa da, səhhətinin yaxşı olmadığı deyilirdi.

Qeyd edək ki, Dharmendra Azərbaycanda da sevilən “Bollivud” aktyorlarından olub. O, “Qisas və qanun“, “Zita və Gita”, “Daş və Çiçək”, “Daharam Ver”, “Sevimli Raca” və s. filmləri ilə ölkəmizdə tanınır.

hq720 x9I7A8aslsMFJjaL2Lro 1 mAoyeWSM dharamveer costumes3

Ayşən Mustafa 
Globalinfo.az 

Paylaş: