DGK sədrinin müavinləri vəzifələrindən azad edildi – Yeni təyinat

 

Dövlət Gömrük Komitəsinin (DGK) sədrinin müavini Əsgər Həsən oğlu Abdullayev vəzifəsindən azad edilib.

Globalinfo.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə sədrin daha bir müavini İqbal Alıcan oğlu Babayev vəzifəsindən azad olunub.

İlham Əliyevin daha bir Sərəncamı ilə Natiq Telman oğlu Şirinov sədrin müavini təyin olunub.

Xatırladaq ki, Ə.Abdullayev 1996-2006-cı illərdə Komitənin İdarə rəisi və Baş Gömrük İdarəsinin rəisi işləyib, 2006-cı ildə sədr müavini vəzifəsinə təyin edilmişdi.

İ.Babayev 2018-ci ildə sədr müavini vəzifəsinə təyin edilmişdi.