“Xəstəliyimlə bağlı çoxlu dedi-qodular eşidirəm. Deyirlər ki, ölürəm, vaxtım azdır”.
Globalinfo.az xəbər verir ki, bunu Çeçenistan Prezidenti Ramzan Kadırov “Telegram” kanalında yayımladığı videoda deyib.
O, barəsində yayılan xəstəliklə bağlı xəbərlərə münasibət bildirib:
“Xəstəlik və ölüm hər insanın gedəcəyi yoldur. Heç kim bu yoldan yan keçməyib. Həyatı qısaldan xəstəlik deyil. Ömrün uzunluğunu sadəcə insana bu nəfəsi verən müəyyənləşdirir. Əgər 50, 60 və ya 70 il yaşamağım qismətə yazılıbsa, bunun bir gününü də məndən ala bilməzlər.
Xaricdə siçan kimi yaşayan bəziləri xəstə olduğuma dair söhbətlər yayırlar. Zamanımız əvvəlcədən müəyyən edilib, biz onu boş söz-söhbətlər yaymadan və nifaq salmadan şüurlu şəkildə yaşamalıyıq. Ömrünüzü xeyirxahlıq, səmimiyyət və minnətdarlıqla keçirin. İnternetdə həqiqəti yalandan ayıra bilməyənlərə təmiz havada gəzməyi və fikirlərini qaydaya salmağı tövsiyə edirəm. Ölümümlə bağlı xəbərlər şişirdilib, hələ çox işimiz var. Mən Ali Baş Komandanın əmrlərini yerinə yetirirəm”.
Qeyd edək ki, Ramzan Kadırovun bir müddət ictimaiyyətdə görünməməsi müzakirələrə səbəb olub. Onun ölümcül xəstə olduğuna dair iddialar yayılıb.
Ayşən Mustafa
Globalinfo.az














