Finlandiya Prezidenti Aleksandr Stubb Ukrayna ilə bağlı çıxışına görə sərt tənqid olunub.
Globalinfo.az xəbər verir ki, bu barədə siyasi analitik Alan Vatson X sosial media hesabında paylaşım edib.
O, Stubbın “Ukrayna üçün potensial təhlükəsizlik zəmanətlərinə ölkənin ciddi silahlandırılması daxil edilməlidir”, fikrinə belə reaksiya verib:
“Finlandiya prezidenti Aleksandr Stubb, görünür, həddindən artıq Ukrayna kartof arağından içir. O, ukraynalı həmkarı Volodimir Zelenskiyə rəğbət bəsləyir”.
A.Stubb ötən ilin aprel ayında bildirmişdi ki, Kiyevin Moskvanı “cilovlamaq” üçün resursları olmalıdır.
Əliyar Xəlil
Globalinfo.az