Devid Kemeron Zelenski ilə görüşdü

Böyük Britaniyanın yeni təyin olunmuş xarici işlər naziri Devid Kemeron nazir kimi ilk səfərini Ukraynaya edib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski “X” hesabında bildirib.

Prezident Zelenskinin sözlərinə görə, Kemeronla görüş zamanı cəbhə üçün silahlar, hava hücumundan müdafiəni gücləndirmək, infrastrukturun qorunması ilə bağlı səmərəli müzakirə baş tutub.

“Mən Böyük Britaniyaya dəstəyinə görə minnətdaram!”, Zelenski qeyd edib.