“Modelyer Viktoriya Bekhem və futbolçu Devid Bekhemin oğlu Bruklin Bekhem övladlığa uşaq götürmək istəyir”.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Sun” qəzeti məlumat yayıb.
“Bruklin Bekhem və Nikola Peltz-Bekhem övladlığa götürmək barədə bir neçə dəfə söhbət ediblər. Cütlük böyük bir ailə arzusundadır. Hər ikisi imkansız bir körpəyə və ya uşağa mümkün olan ən yaxşı həyatı təklif etmək istəyirlər”, – deyə bildirilib.
Məlumata görə, Nikola Peltz-Bekhem ciddi çəki itkisindən əziyyət çəkir və hazırda hamiləlik dövrünə qədər uşaq daşıya bilməsi ehtimalı azdır.
Günel Cəlil
Globalinfo.az