
Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tətəfindən tam söndürülüb.
Globalinfo.az xəbər verir ki bu barədə FHN məlumat yayıb.
***18.03.2026 00:34
Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə mebel sexində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tətəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində məhdudlaşdırılıb.
Globalinfo.az xəbər verir ki, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir.
Əlavə məlumat veriləcək.
**22:40
Paytaxtın Binəqədi rayonu ərazisində mebel sexində yanğının söndürülməsi üçün tədbirlər davam etdirilir.
Globalinfo.az APA-ya istinadla xəbər verir ki, sahibkarlar mallarını yanğın baş verən ərazidən çıxarırlar.
***21:08
Paytaxtın Binəqədi rayonu, ərazisində mebel sexində baş vermiş yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.
Globalinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə operativ tədbirlər görülür.
Həmçinin polis əməkdaşları tərəfindən avtomobil yolunda sıxlığın aradan qaldırılması və hərəkətin tənzimlənməsi məqsədilə zəruri işlər davam etdirilir.
***21:02
Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə mebel sexində yanğın baş verib.
Globalinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.