Nigar Arpadarai

Deputat seçilməmişdən əvvəl ictimaiyyətlə əlaqələr sahəsində çalışmışam və buna görə jurnalistləri hər zaman həmkarlarım və dostlarım hesab etmişəm. Media qurumlarının şəhər dayanıqlığının formalaşmasındakı rolu haqqında danışmaq mənim üçün böyük məmnuniyyətdir”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri deputat Nigar Arpadarai WUF13 çərçivəsində keçirilən tədbirdə çıxışı zamanı səsləndirib.

Deputat bildirib ki, media cəmiyyətin formalaşmasında strateji rol oynayır:

“Media sürətli informasiya mübadiləsi və geribildirim mexanizmləri vasitəsilə şəhərləri və insanları bir-birinə bağlayır. Jurnalistlər və media nümayəndələri bir çox hallarda şəhər dayanıqlılığı və qəhrəmanlıq hekayələrinin əsas simalarına çevrilirlər. Media yalnız məlumat vermir, həm də insanların baxışlarını formalaşdırır, davranışlara təsir edir və hesabatlılığı gücləndirir”.

Onun sözlərinə görə, media şəhər və iqlim riskləri barədə məlumatlılığı artırır, ictimai hesabatlılığı gücləndirir və insanları müsbət davranış dəyişikliklərinə təşviq edir:

“Dünyanın müxtəlif yerlərində təkrar emal, enerji səmərəliliyi və dayanıqlı nəqliyyatla bağlı kampaniyaların bütöv icmaları hərəkətə gətirdiyini görürük”.

Deputat əlavə edib ki, Azərbaycan COP29Dünya Şəhərsalma Forumu kimi beynəlxalq tədbirlərə ev sahibliyi etməklə dayanıqlı şəhər inkişafı və iqlim dayanıqlılığı ilə bağlı qlobal müzakirələrə mühüm töhfə verir.

Sonda vurğulayıb ki, şəhər dayanıqlılığı yalnız beton və texnologiya üzərində qurulmur:

“Bunun üçün məlumatlılıq, etimad, əməkdaşlıq və ortaq məsuliyyət lazımdır. Daha dayanıqlı şəhərlər üçün bizə yalnız ağıllı infrastruktur deyil, həm də güclü kommunikasiya lazımdır”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: