WhatsApp Image 2025 01 11 at 16.41.10

Xəbər verdiyimiz kimi, leysan yağışları səbəbindən Məkkə və Mədinə şəhərlərini su basıb. Ölkənin Meteorologiya idarəsi Məkkə, Mədinə, eləcə də Ciddə liman şəhəri üçün qırmızı təhlükəsizlik səviyyəsi elan edib.

Qeyd edək ki, Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə birlikdə Milli Məclisin deputatları – Cavanşir Paşazadə, Səməd Seyidov və Fazil Mustafa da Səudiyyə Ərəbistanın Ciddə şəhərində səfərdədilər.

Hazırda orada vəziyyət necədir? Hər hanzı bir təhlükə ilə üzləşiblərmi?

Globalinfo.az-a danışan Cavanşir Paşazadə hər şeyin yaxşı olduğunu bildirib.

O, Ciddə şəhərində heç bir yağış və sel suları ilə qarşılaşmadıqlarını deyib:

“Bizdən öncə bəli, müəyyən dərəcədə yağış yağıb. Lakin təhlükəli nəsə olmayıb. Bəzi ərazilərdə yerdə su qalmışdı. Hazırda olduğumuz şəhərdə heç bir yağış, sel yoxdur, görməmişik və bilmirik. Biz də Məkkə və Mədinədə baş verən hadisələri mediadan oxuyuruq. Burada hava çox gözəldir. Hətta 28-30 dərəcə isti var. Heç bir yağış yoxdur, yaxın gələcək də də belə bir təhlükənin gözlənildiyini düşünmürəm”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: