Deputatlardan Rusiyadakı olaylara reaksiya

Rusiyada qanuni hakimiyyətə qarşı qiyam qaldırılıb. Eynən bizdə Surət Hüseynovun qaldırdığı qiyam kimi.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, Rusiyanın həmin dövrdəki münasibətindən fərqli olaraq biz Rusiyada qanuni hökuməti dəstəkləməliyik: “Çox istərdik ki, Rusiyada qanuni hökumət qan axıtmadan qiyamçıları tərksilah etsin”.

X X X

“Rusiyada baş verən hadisələrə münasibət bildirə bilmərik”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin iyunun 24-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

“Azərbaycan dövləti bu gün düzgün siyasət aparır və buna uyğun da ortaya mövqe qoyur. Bu gün heç bir dövlətin daxili işinə qarışa bilmərik. Hesab edirəm ki, Rusiyada baş verən hadisələrə münasibət bildirə bilmərik. Fərdi şəkildə hər birimiz münasibət bildirə bilərik, amma rəsmi şəkildə parlamentin adından müzakirə ola bilməz”, – o, əlavə edib.