Deputatlar bayramı harada qeyd edəcəklər? – CAVABLAR

Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramına bir neçə saat qalır. Maraqlıdır, deputatlar bayramı harada və kiminlə qeyd edəcəklər?

Globalinfo.az millət vəkilləri arasında sorğu keçirib:

Aqil Abbas:

“Bayramları Bakıda, öz evimdə ailəmlə, nəvələrimlə birlikdə qeyd edirəm. Bayramdan sonra yəqin ki, doğma torpağımıza (Ağdam – red.) gedəcəyik”.

Elman Nəsirov:

“2024-cü ili Azərbaycan xalqı gözəl və mənalı keçirməlidir. Çünki biz qalib dövlətin vətəndaşıyıq. Hər zaman olduğu kimi, bu il də bayramı Cəlilabad rayonunda ailəm, valideynlərimlə qeyd edəcəyik. Daha sonra isə Astara rayonundan olan dostlarımın dəvəti ilə orada olacağıq”.

Cavanşir Paşazadə:

“Hər zaman olduğu kimi, bu il də cənub bölgəsində öz ailəmlə, qohumlarımla, seçicilərimlə, şəhid ailələri və qazilərlə birlikdə olacağam. Başqa ölkəyə getmək fikrim yoxdur”.

Novruzəli Aslanov:

“Ənənəvi olaraq evdə, ailəmlə birgə qeyd edəcəyəm”.

Ceyhun Məmmədov:

“Azərbaycan xalqını təbrik edirəm. Hər il olduğu kimi, bu il də bayramı Azərbaycanda ailəmlə bir yerdə qeyd etməyi planlaşdırıram. Adətən doğmalarla bizim evdə bir araya gəlir, bayramı qeyd edirik”.

Zaira Akifqızı
Globalinfo.az