milli meclis esas

Sabahdan Azərbaycanda bayram tətili başlayır. Hazırda ictimaiyyət arasında maraq doğuran məsələlərdən biri də deputatların planlarıdır.

Maraqlıdır, onlar istirahət günlərində harada olacaqlar?

Globalinfo.az bu məqsədlə millət vəkilləri arasında sorğu keçirib.

Aqil Abbas ölkədə olacağını bildirib:

“Hər il olduğu kimi, bu dəfə də həyat yoldaşım, övladlarım və nəvələrimlə bilrikdə Bakıda, öz evimdə olacağam”.

Elman Məmmədov bayramı ailəsi ilə birlikdə keçirəcəyini deyib:

“Birmənalı olaraq evdə ailəmlə olacam. Lakin bayram ərəfəsində müəyyən ehtiyacı olan ailələlərimizlə, şəhid ailələri ilə görüşməyi planlaşdırmışam. Yanvarın 1-dən sonrakı günlərdə işğaldan azad olunmuş Xocalı və Ağdama gedəcəm, həm bayramlarını təbrik edəcəm, həm də görüş keçirəcəyəm”.

Elman Nəsirov rayona gedəcəyini qeyd edib:

“Bu gün Milli Məclisin iclası başa çatdıqdan sonra ailəmlə birlikdə Cəlilabad rayonu Təzəkənd kəndinə ata yurduma gedəcəyik. Atam, bacılarım oradadır. Həm Dünya azərbaycanlılarının Həmrəylik Gününü, həm də Yeni ili atamla birlikdə qarşılayacağıq”.

Azay Quliyev Bakıda olacağını deyib:

“Yeni ili Bakıda öz evimizdə qeyd edəcəyik. Bayramdan sonra planımızda Qarabağa getmək var. Amma ümumilikdə ölkədə olacağam”.

Arzuxan Əlizadə də bayramı yaxınları ilə birlikdə qeyd edəcəyini bildirib:

“Bu bayramı da ənənəvi olaraq ailə üzvlərimlə birlikdə Bakıda qeyd edəcəyəm. Yeni ili evə yaxın bir ərazidə keçirməyi planlaşdırmışıq. Yaxın qohumlarımız və tələbə yoldaşım da öz ailəsi ilə bizimlə birlikdə olacaq”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: