Deputatın yeni baş nazirə diqqətçəkən sualı

Hörmətli Əli müəllimə, (Əli Əsədov) mənim də hörmətim var, amma ona ünvanlanacaq suallarım da var.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

O, bildirib ki, cənab preziden ayın 14-də andiçmə mərasimində qeyd elədi ki, Azərbaycanda yeni bir dövr başlayır:

“Əli müəllimdən soruşmaq istəyirəm ki, bu dövr özünü nədə ehtiva edəcək və nədə göstərəcək? İkincisi, hökumət repititorluğun qarşısının alınması üçün hansısa addımlar atmaq barədə düşünürmü? Cənab prezident söylədi ki, biz Türkiyə, türk dövlətləri ilə daha sıx inteqrasiya olunmalıyıq, bu baxımdan Türkiyə ilə ümumi bazar yaradılması barədə hər hansı bir ideya, düşüncələr, fikirlər varmı? Bundan başqa hesab edirəm ki, kasıb insanların nə Əli müəllimə, nə də bizim hökumət üzvlərinə heç bir pisliyi keçməyib. Ona görə də quru sərhələri nə vaxt açılacaq ki, tutaq ki, Gürcüstanda insanlar gedib öz qohumlarını ziyarət edə bilsinlər?”.