Türkiyənin Ədalət və İnkişaf Partiyasının deputatı Hüseyn Yaymanın ailəsi zəlzələ nəticəsində dağıntılar altında qalıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Hüseyn Yayman özü məlumat yayıb.
Onun sözlərinə görə, iki qardaşı, onların həyat yoldaşları, bacısı və onun həyat yoldaşı, övladları dağıntılar altındadır.
Yayman Hatayda zəlzələnin çox şiddətli olduğunu vurğulayıb.
Xatırladaq ki, Türkiyədə 7,4 bal gücündə zəlzələ baş verib. Ölkənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD) məlumatına görə, 7 bölgədə 76 nəfər həlak olub, daha 440 nəfər isə yaralanıb. Rəsmi Ankara beynəlxalq yardım üçün çağırış edib.